Kərəm Həsənova “xəlvəti hərrac dosyesi” şoku
11:07 07-09-2012
İQTİSADİYYAT
Kərəm Həsənova “xəlvəti hərrac dosyesi” şoku
Komitə sədrinin gizli satdığı müəssisələrin siyahısı hazırlanır
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov xoşagəlməz situasiya ilə üzləşib. Komitə sədrinin hakimiyyət daxilindəki rəqibləri onun haqqında şübhəli hərraclardan ibarət kompromatlarla zəngin dosye hazırlayırlar. Bu barədə məlumatlı mənbələrin iddialarında vurğulanır.
Bildirilir ki, rəqibləri seçkiöncəsi iqtidariçi proseslərin daha da qızışması fonunda Kərəm Həsənovun yenidən ön plana çıxarılmasına və seçkidən sonra formalaşdırılacaq yeni hökumətdə görəv almasını bəri başdan əngəlləməyə çalışacaqlar. Bunun üçün onlar ƏMDK rəhbəri üçün olduqca həssas bir məqamdan yapışacaqlar.
Söhbət Kərəm Həsənovun rəhbərlik etdiyi komitənin təkcə son iki ildə qanuniliyi ciddi şübhə doğuran hərraclarından gedir. Həmin hərraclarda onlarla müəssisə Həsənov tərəfindən səhmdarlarının haqları pozularaq özünə yaxın şəxslərə, eləcə də bir çox başqa məmurlara faktiki olaraq, peşkəş edilib.
Belə müəssisələrin siyahısının hazırlandığını və “yuxarılar”a təqdim ediləcəyini deyən mənbələr bildirirlər ki, bu, ƏMDK sədri üçün
ciddi təhlükə vəd edir: “Xüsusən də ona görə ki, ƏMDK sədri xəlvəti hərraclarla dövlət mülkiyyətinin önəmli hissəsinin həm öz əlində (özünə yaxın şəxslər vasitəsilə!), həm də özünün təmsil olunduğu iqtidariçi qrupun əlində cəmləşməsinə nail olub. Bu isə əlbəttə, qəbuledilməzdir və məsələnin üstü açılarsa, komitə rəhbərinə baha başa gələcəyinə heç bir şübhə yoxdur”.
Bəs Kərəm Həsənovun xəlvəti, qanunlara uyğunluğu şübhə altına düşən hərracları necə keçirilir? Adətən bu qayda ilə: Əmlak Məsələləri hansısa müəssisənin səhmlərinin investisiya müsabiqəsinə çıxardığı barədə elan verir. Lakin müsabiqənin nəticəsi barədə heç bir rəsmi məlumat açıqlanmır. Bir qayda olaraq müsbət nəticə olmayanda bu müsabiqələrin nəticələri elan olunmur. Müşahidələr göstərir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov dəfələrlə bu cür hərrac keçirib və dövlət mülkiyyətində olan müəssisələri, bankları xəlvəti satır. Alıcılar isə bir qayda olaraq onun özünə bağlı çevrələrlə komitə sədrini himayə edənlər olur.
Buna nümunə olaraq, aşağıdakı müəssisələri göstərmək olar (2011-ci il üzrə):
- “Gəmi Təmiri” Açıq Səhmdar Cəmiyyəti (bu müəssisənin səhmlərinin 99 faizi naməlum şəraitdə naməlum şəxsə satılıb);
- “Bakı Kondisioner” Açıq Səhmdar Cəmiyyəti (bu müəssisənin də satılması da müəmmalı şəraitdə baş tutub, 20-dən çox səhmdarın onlara çatmalı olan payı verilməyib);
- “Saxsı Qablar” Açıq Səhmdar Cəmiyyəti (Heydər Əliyev prospektində yerləşən bu müəssisəyə məxsus torpaq sahəsi “dövlət ehtiyaclarının ödənilməsi” adı ilə müəssisədən alınıb və fiziki şəxs Rəhim Musayevə satılıb. Qanunsuz alqı-satqı əməliyyatı Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun səlahiyyətli nümayəndəsi Rövşən Məmmədovun iştirakı və ASC-nin işinə müdaxiləsi ilə həyata keçirilib)…
Bu nümunələrdir və şübhəsiz ki, son iki ildə onlarca belə fakt var. Həmin faktların ümumiləşdirilməsi və dosye halına salınması reallaşarsa, nümunələrdən də göründüyü kimi, Kərəm Həsənovun ilginc hərrac əməliyyatları ilə bağlı yetərincə aydın mənzərə yaranacaq.
Nəticənin isə komitə sədrinin xeyrinə olmayacağını bəri başdan söyləyə bilərik.
Murad Can
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00