Gəncə şəhərində qətl hadisəsi baş verib.
Unikal.org-un report-a istinadən məlumatına görə, bir müddət əvvəl Daşkəsən rayonundan olan 20 yaşlı İsayev Asəf Gəray oğlu evlənmək məqsədilə Şəmkir rayon sakinini qaçırdıb.
Məsələdən xəbər tutan qızın dayısı, 39 yaşlı Şəmkir rayon sakini Qasımov Bahadur Əli oğlu onların Gəncə şəhərində gizləndiyi yeri taparaq ora gedib. Bu zaman A.İsayevlə qızın dayısı arasında mübahisə yaranıb. Nəticədə B.Qasımov onun boğazını kəsərək qətlə yetirib.
Hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.