Bakıda gənc qız itkin düşüb.
Unikal.org-un trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi ev 24 a-da yaşayan Məmmədova Tahirə Nəriman qızı Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan qızı, 1993-cü il təvəllüdlü Hacıyeva Aygün Nüsrət qızı avqustun 28-də gecə saat 23 radələrində evdən çıxıb və geri qayıtmayıb.
Məlumata görə, A.Hacıyeva ruhi əsəb xəstəsidir.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsində araşdırma aparılır.