Sabirabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən xəbər verirki,  hadisə Zəngənə kəndində qeydə alınıb.

Sabirabad sakini, 1956-cı il təvəllüdlü Şahlarov Sadəli Məhyəddin oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyadanı vurub. Nəticədə piyada hadisə yerində ölüb. Onun kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.