İran-Azərbaycan münasibətlərində yeni mərhələ
11:09 07-09-2012
İQTİSADİYYAT
İran-Azərbaycan münasibətlərində yeni mərhələ
Azərbaycan həlledici mövqedədir
Son zamanlar Iran ətrafında problemlər daha da dərinləşməyə başlayıb. Bir tərəfdən İrana qarşı saknsiyaların daha da artması, bu biri tərəfdən İran-Azərbaycan münasibətlərində ki, gərginlik, başqa bir tərəfdən isə İranın Toxunulmamazlıq Təşkiklatı daxilində İsrail və ABŞ-ı hədəfə alınması vəziyyəti daha da gərginləşdirib. Amma bu məsələlərin sırasında ən ümdəsi Azərbaycan və İran münasibətləridir.
Qeyd edək ki, İran gözlənilmədən artıq bir neçə aydırdır ki, Azərbaycanla münasibətləri daha da gərginləşdirir və iki şairin həbsi ilə məsələni daha pik həddə gətirdilər. Bunun davamı olaraq isə İran Azərbaycanla münasibətləri qaydaya salmaq əvəzinə , daha sərt addım atdı və öncə iki ölkə arasındakı viza rejimini bir aylığına qadağa qoydu və bu günün özünə qədər viza rejimi ləğv olunaraq qalır. Amma Azərbaycanda bu münasibətlərə soyuqqanlılıq göstərərək nə mövqeyindən imtina etdi, nə də hansısa tərəfin yanında olmağa çalışdı. Və Azərbaycan prezidenti açıq şəkildə region dövlətlərinə bir daha bəyan etdi ki, Azərbaycan ərazisindən heç bir dövlət qonşu dövlətə qarşı istifadə edə bilməz və Azərbaycanın dövlət maraqları hər bir dövlət tərəfindən qəbul olunmalıdır. Bundan sonra İran Azərbascana qarşı münasibətlərdə müəyyən korrektələrə getməyə məcbur oldu. Öncə İranın Mədəniyyət Naziri Azərbaycana gəldi və dostluq mesajları göndərildi. Amma Azərbaycan tərəfi bir daha bəyan etdi ki, Azərbaycan vətəndaşlarının taleyi onları maraqlandırır və həbs olunan şairlər mütləq azadlığa buraxılmalıdır. Ramin Səfərovun azadlığa buraxılmasından sonra bu məsələ daha da aktivləşdi və bu günlərdə İran haqsız yerə həbs etdirdiyi hər iki şairi buraxmalı oldu. Məhz bundan sonra İran növbəti nümayəndə heyətini ,İran İslam Respublikasının vitse-prezidenti Seyid Həsən Müsəvinin rəhbərliyi ilə Bakıya göndərdi. “İranla Azərbaycanın dövlət rəhbərləri arasında heç bir problem yoxdur”. Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının vitse-prezidenti, İran Mədəni İrs və Mədəniyyət Təşkilatının sədri Seyid Həsən Musəvi ilə görüşündə deyib. QMİ sədri Azərbaycanla İran arasında münasibətlərin dərin olduğunu vurğulayıb: “Ortada bəzi aravuranlar var. İnşallah, onlar da doğru yola gələrlər. İran və Azərbaycan qardaş dövlətlərdir”.
A.Paşazadə QMİ ilə İran arasında münasibətlərin həmişə yaxşı olduğunu, bundan sonra da belə davam edəcəyini bildirib.
Seyid Həsən Musəvi isə iki dövlətin dost və qardaş olduğunu qeyd edib: “Mən prezident İlham Əliyevlə görüşdə İranın dost və qardaş mesajlarını çatdırdım. İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. İki qardaşın arasında heç kəs dura bilməz. Biz Azərbaycanı prinsipial məsələlərdə dəstəkləyirik. İran dövləti və xalqı Şeyxülislam Allahşükür Paşazadəni çox istəyir”.
Bəs bu səfərin mahiyyəti nədən ibarət ola bilər? Ekspertlər bildirir ki, İran artıq dərk edir ki, Azərbaycanla normal həddə münasibətlər qurulmalı və hazırkı vəziyyətdə balans qorunmalıdır. Bir tərəfdən ona görə ki, Azərbaycan sözünün üzərində duraraq İrana qarşı hər hansı dövlətin Azərbaycandan istifadə etməsinə imkan tanımadı, digər tərəfdən isə Azərbaycan bu gün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi həll edici səsə sahibdir. Bu günlərdə İran məsələsi məhz BMT-də ciddi şəkildə müzakirəyə çıxarılacaq. İran üçün isə bu məsələ çox həll edici məsələdir. Nəyə görə? İlk növbədə ona görə ki, Avropa və ABŞ İrana hər hansı müdaxiləyə getmədilər və bütün güc ona yönəldildi ki, İran daxilində gərginlik yaransın. Bu gün isə İran həqiqətən də çıxılmaz durumdadıdr. İran kəşfiyyatı ölkənin iqtisadi durumu ilə bağlı məruzə hazırlayaraq, prezident Əhmədinejada təqdim edib.
Məruzə müəllifləri İran hakimiyyətini ölkədəki iqtisadi durumun fəlakət həddinə çatdığı barədə xəbərdar ediblər.Məruzədə göstərilir ki, yaxın üç ay ərzində büdcə kəsiri elə bir həddə çatacaq ki, dövlət qulluqçularına əməkhaqqı verilməsi mümkün olmayacaq, bu isə sosial narazılıqlara gətirib çıxaracaq.
İranın valyuta ehtiyatları isə yaxın 6 ay ərzində faktiki tükənəcək. Ölkənin iri zavod və fabrikləri xarici bazarlara çıxışı məhdud olduğundan dərin böhran yaşayacaq. Bu müəssisələrin bir çoxu iflas olacaq.
Məruzədə daha sonra göstərilir ki, ölkədə inflyasiyanın həddi 40 faizə çatıb. Ət və ət məhsulları, süd və bir çox ərzaq mallarının qiyməti 80 faiz artıb. Avropanın İrana qoyduğu embarqo ucbatından bu ölkə hər gün 133 milyon dollar itirir.Bu isə o deməkdir ki, İran faktiki olaraq iqtisadi çöküşlə üz-üzə qalıb. Amma məsələ bununla bitmir. Hazırda BMT –dən tələb olunur ki, İrana qarşı sanksiyalar daha da sərtləşdirilsin vıə bu o deməkdir ki, İranda yaxın iki ay ərzində sözün həqiqi mənasında iqtisadi gərginlik ən yüksək həddə çatacaq. Elə buna görə də İran prezienti M. Əhmədinejad açıqlamasında bildirib ki, BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək iclasına qatılacaq: “Mən həmin yığıncaqda çıxış etmək, ölkəmizin mövqeyi və siyasəti barədə toplantı iştirakçılarını məlumatlandırmaq istəyirəm. Hazırda səfərin tarixinin dəqiqləşdirilməsi üçün müzakirələr aparılır. Düşünürəm səfər sentyabrın ortalarında baş tutacaq”.Amma qərb analitikləri bildirir ki, nə Avropa Ölkələri, nə də ABŞ bu mövqedən geri çəkilməyəcək və Suraiyadan sonra İran açıq həfədə alınacaq.Bu baxımdan Azərbaycanın BMT-də ki, mövqeyi xüsusi rol oynayacaq.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00