Quba rayonunda küçədə naməlum kişi meyiti tapılıb.
Unikal.org-un report-a istinadən verdiyi məlumata görə, 40-45 yaşı olan kişi meyiti yerli sakinlər tərəfindən aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Meyit muayinə edilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə yerləşdirilib. Ölənin şəxsiyyəti və ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.