"Yaxın iki il ərzində dünyadayeni maliyyə böhranının baş verəcəyini güman etmək olar".
Unikal.org "RİA Novostiyə istinadən xəbər verir ki, bunu ABŞ-ın "Bridgewater Associates investisiya şirkətinin təsisçisi, milyarder Rey Dalio"Business İnsider nəşrinə açıqlamasında bildirib.
"Hazırkı dövr istər siyasət, istərsə də iqtisadiyyat baxımından ötən əsrin 30-cu illərindəki Böyük Tənəzzül dövrünü çox xatırladır. İqtisadi tənəzzül faiz dərəcələrinin ən aşağı həddə enməsindən sonra baş verir. Bundan sonra mərkəzi banklar aktivləri satın almağa başlayır", - o qeyd edib.