Sentyabrın 18-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş Ələt-Astara -İranla dövlət sərhədi avtomobil yolunda sürət həddinin maksimal həddi 120 km/saat müəyyən edilib.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.