Dünən Abşeron rayonunun Fatmayı kəndi ərazisindəki oteldə 21 yaşlı qızın öldürülməsi hadisəsinin təfərrüatları məlum olub.
Unikal.org femida.az-a istinadən bildirir ki, Ucar rayon sakini olan 21 yaşlı Aysel Orucovanın tanışı, 35 yaşlı Kürdəmir sakini Nəriman Əliyev tərəfindən qətlə yetirilməsi qısqanclıq zəminində baş verib.
Bildirilir ki, əvvəllər məhkum edilmiş N.Əliyevlə Aysel bir müddət əvvəl tanış olub və onların arasında sevgi münasibəti yaranıb. Bu müddətdə cütlük bir neçə dəfə görüşərək cinsi əlaqədə olub. Son olaraq onlar dünən Fatmayıdakı yerdə görüşüblər. Belə ki, Nəriman qeyri-rəsmi münasibətdə olduğu gənc qızı növbəti dəfə "Oskar" otelə gətirib və otaqda olarkən Nərimanla Aysel arasında mübahisə baş verib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Rayon sakinlərinin saytımıza verdiyi məlumata görə,Aysel Orucova Ucar rayonunun Qaradağlı kəndində anadan olub və uzun müddət orada yaşayıb. Bir neçə il əvvəl valideynləri boşandıqdan sonra anası ilə birlikdə Bakı şəhərinə gəlib. Məlumata görə, hadisə baş verən gün Aysel Orucova Sabunçu rayonu Pirşağa qəsəbəsində yerləşən "Qala Klub" deyilən məkanda tanışı Nəriman Əliyevlə birgə əyləndikdən sonra "Osqar" adlı otelə gedib. İlkin versiyaya görə, hadisə tamah məqsədi ilə törədilib. Bir uşaq anası olan Aysel Orucova Ucar rayonu, Qaradağlı kəndində dəfn olunub.