2011-ci ildən hüquq pozma faktlarının elektron qeydiyyatı yaradıldı. Bu da regionda yenilik sayılırdı.
Unikal.org xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəis müavini Fikrət Ələsgərli Qusarda komitənin jurnalistlər üçün təşkil etdiyi "Gömrük islahatları və Modernləşdirmə mövzusunda keçirilən seminarda bildirib:
"Artıq Azərbaycan Gömrük postlarında şəxs hüquq pozma törədirsə, 2-3 dəqiqə ərzində onun barəsində inzibati protokol tərtib olunur və dərhal icra olunması üçün gömrüklərdə yaradılmış poçt idarələrində cərimənin ödənilməsi təmin olunur. Əvvəllər isə poçt idarələri çox uzaqda olurdu ki, bu da vətəndaş üçün həm yorucu, həm vaxt itkisi idi. Amma indi vətəndaşlar inzibati protokol haqqında qərarı imzalamaqla cəriməsini yerindəcə gömrük postunda ödəyir və yoluna davam edir. Elektron bazamızda inzibati xətanın saat neçədə, hansı hüquq pozma predmeti, hansı əməkdaş tərəfindən qeydə alınması, cərimənin məbləği və s. bütün məlumatlar yer alır.