Rusiyanın hərbi dəniz donanmasına aid gəmilərin İstanbul boğazından keçidi hər dəfə yeni bir hadisə ilə müşayiət olunur.
Unikal.org avropa.info-ya istinadən bildirir ki, bu dəfə də gündəmi zəbt edən gəmilərdən biri Rusiya ordusuna aid 868 bort nömrəli "Pitlivi" hərbi gəmisi olub.
İstanbul boğazından geniş təhlükəsizlik tədbirləri ilə keçərək Mərmərə dənizinə doğru hərəkət edən gəmidəki mənzərə görənləri təəccübləndirib.
Boğazdan keçdiyi əsnada gəmidən səbəbi bilinməyən sıx tüstünün çıxdığı müşahidə olunub. Gəminin göyərtəsində isə çoxlu sayda mavi formalı qadın hərbçi olub.