Türkiyənin Qaziantep vilayətində kütləvi zəhərlənmə baş verib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 32 nəfər xlordan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisə idman komplekslərindən birində hovuz dezinfeksiya edildikdən sonra baş verib.

Zəhərlənən şəxslərdən 6 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, sonuncu dəfə Türkiyədə may ayında kütləvi zəhərlənmə faktı qeydə alınmışdı, həmin vaxt 81 hərbçi zəhərlənmişdi.