"Jurnalist Camal Qaşıqçının itməsi dərindən araşdırılmalıdır. Bununla bağlı Səudiyyə Ərəbistanı hökumətindən suallarımıza cavab gözləyirik.

Unikal.org xəbər verir ki, belə bir açıqlama ilə ABŞ Prezidenti Donald Tramp çıxış edib.

ABŞ Prezidenti qeyd edib ki, Camal Qaşıqçının məsələsi ilə bağlı Ər-Riyad rəsmiləri ilə danışıb: "Səudiyyə Ərəbistanında vəziyyət son dərəcə pisdir. Məsələ ilə bağlı Türkiyə ilə yaxın əlaqədəyik, sonuna qədər gedəcəyik.

Donald Tramp Camal Qaşıqçının nişanlısı ilə Ağ Evdə görüşmək istədiyini qeyd edib.