ABŞ prezidenti Tramp Ağ Evdə keçirilən imza mərasimində Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, xüsusi nümayəndəsi Stiv Uitkoffun Yaxın Şərqdən sonra Moskvaya gedəcəyini və danışıqlarını orada davam etdirəcəyini bildirən Tramp, müharibənin sona çatması üçün addım atmadığı üçün Rusiyaya reaksiyasını bildirib.

Tramp, "Rusiyanın etdiklərini iyrənc hesab edirəm. Bu, Baydenin müharibəsi idi. Bu, mənim müharibəm deyildi. Amma dedim ki, seçilsəm, onu dayandırmağa çalışacağam. Məncə, Rusiyanın etdikləri dəhşətlidir. Bir çox rus və ukraynalı ölməkdə davam edir", - deyib.

ABŞ-nin qətiyyən bu müharibəyə qarışmamalı olduğunu vurğulayan Tramp Rusiya prezidenti Vladimir Putinə cavab tapmaq üçün etdiyi zənglərin uğursuzluğuna da reaksiya verib:

"Biz tezliklə Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyik, lakin bu sanksiyaların onu (Putini) narahat edib-etməyəcəyindən əmin deyiləm". 

Gülayə Mecid