İlin əvvəlindən ölkə əhalisinin sayı 52427 nəfər və ya 0,5 faiz artaraq 2018-ci il sentyabr ayının 1-i vəziyyətinə 9950512 nəfərə çatıb.
Bu barədə Unikal.org-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, əhalinin bir kvadrat kilometrə düşənsayı 115 nəfər olub. Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.
2018-ci ilin yanvar-avqust aylarında ölkədə 39496 ölüm halı qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 6 təşkil edib.
Cari ilin yanvar-avqust ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 2387 nəfər gələn, Azərbaycandan isə 987 nəfər gedən qeydə alınaraq miqrasiyanın müsbət saldosu 1400 nəfər təşkil eedib.