Ermənilər nöbvəti dəfə Azərbaycanın milli musiqisini oğurlayaraq özlərinki kimi təqdim ediblər.

Unikal.org xəbər verir ki, oktyabrın 11-də Yerevanda 58 ölkəni birləşdirən Frankofoniya Beynəlxalq Təşkilatının sammiti keçirilib. Sammitdə Fransanın prezidenti Emmanuel Makron, Kanadanın baş naziri Justin Trudeau və başqa ölkələrin dövlət məmurları iştirak ediblər. 

Əvvəllər ciddi beynəlxalq konfranslara ev sahibliyi etməmiş Ermənistan bu tədbirə Azərbaycana qarşı təxribat fürsəti kimi baxıb.

Əvvəlcə Yerevanda açılan "Frankofoniya şəhərciyində Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsi Ermənistan pavilyonu nəzdində təqdim edilib. Amma işğalçı ölkənin siyasi rəhbərliyi bununla kifayətlənməyib.

Frankofoniya sammitinin rəsmi hissəsi başa çatandan sonra gəzinti və ziyafət təşkil edilib. Ziyafətdə səslənən musiqilər isə Azərbaycandan oğurlanma olub. Ermənistanın baş naziri Nikol Paşinyan, tədbirdə iştirak edən dövlət və hökumət başçıları, eləcə də başqa ölkələrin rəsmləri ziyafət zamanı erməni musiqisi kimi səsləndirilən Azərbaycan rəqs havalarına oynayıblar.

Novxanı qəsəbəsi Mehdi Hüseynzadə adına orta məkətbin musiqi müəllimi Təranə Əliməmmədova "Reporta bildirib ki, birinci videoda Azərbaycanın "Duy-duy və "Xurcunu rəqslərinin qarışığı səsləndirilib.

İkinci videodakı hava isə Azərbaycanın "Basqalı rəqsidir.

Frankofoniya sammitinin ziyafət hissəsində oynanılan rəqslərin və Azərbaycan rəqs musiqilərinin orjinallarını təqdim edirik.