İranda Gərmsar sənaye zavodunda partlayış baş verib. İlkin məlumatlara görə, 4 nəfər yaralanıb.
Unikal.org-un məlumatına görə, İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi deyib ki, hadisə yerinə 1 helikopter, təcili yardım avtobusu və 10 təcili yardım maşını göndərilib.
M.Xalidi nəticəsində zərərçəkənlərin sayının dəqiq bəlli olmadığını bildirib.