Avqustun 3-də saat 18 radələrində Gədəbəy rayonunun Şahdağ kəndinin dağlıq ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Vüsal Məmmədov idarə etdiyi “Kia” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb.
Nəticədə sürücünün həyat yoldaşı 1991-ci il təvəllüdlü Azadə Məmmədova və 1973-cü il təvəllüdlü Asəf Tapdıqov hadisə yerində ölüb.
Avtomobildə olan digər 4 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
*** 19:51
Gədəbəydə baş vermiş qəzada ölənlərin və yaralananların adları bəlli olub.
"Unikal" xəbər verir ki, dünyasını dəyişənlər rayonun Çiçəkli kənd sakinləri - 1991-ci il təvəllüldü Azadə Məmmədova və 1973-cü il təvəllüldü Asəf Tapdıqovdur. Xəsarət alanlar isə sürücü 1990-cı il təvəllüldü Vüsal Məmmədov, 2021-ci Renat Məmmədov və 2020-ci il təvəllüdlü Amil Məmmədovdur.
Hadisə yerinə Gədəbəy RPŞ-nin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır
***19:09
Gədəbəydə avtomobil dərədən aşıb, 2 nəfər ölüb 2 nəfər yaralanıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Şahdağ kəndində baş verib. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq dərədən aşıb. Nəticədə 2 nəfər hadisə yerində ölüb, 2 nəfər ağır xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Fakt araşdırılır.
Tural Əhmədov