Lənkəranda dənizdə boğulmaq təhlükəsində olan gənc xilas edilib.
"Unikal" xəbər verir ki, hadisə Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisindəki çimərliklərdən birində baş verib.
Dənizin nisbətən dərin hissəsinə doğru üzən Lənkəran şəhər sakini, 2007-ci il təvəllüdlü Orxan Taleh oğlu Yaqubzadənin batmaq təhlükəsində olduğunu görən Fövqəladə Hallar Nazirliyinin xilasediciləri dərhal müdaxilə edərək onu sudan çıxarıb və sahilə çatdırıblar.
Gəncə ilkin tibbi yardım göstərildikdən sonra o, Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev