Gədəbəydə minik maşının aşması zamanı ölənlərdə biri müəllim digəri isə müəllimin həyat yoldaşı olub.
"Unikal"ın məlumatına görə, qəzada ölən 52 yaşlı Asəf Tapdıqov rayonun Çiçəkli kənd orda məktəbinin ingilis dili müəllimi olub.
Qəzada həyatını itirən digər şəxs 34 yaşlı Azadə Məmmədova isə Çiçəkli kənd tam orta məktəbinin riyaziyyat müəllimi olan Rüfət Məmmədovun həyat yoldaşıdır.
Qeyd edək ki, hadisə bu gün axşam saatlarında Gəbəbəy rayonunun Şahdağ kəndi ərazisində baş verib. Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Vüsal Məmmədov idarə etdiyi “Kia” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. Nəticədə 1991-ci il təvəllüdlü Azadə Məmmədova və 1973-cü il təvəllüdlü Asəf Tapdıqov hadisə yerində ölüb.
Avtomobildə olan digər 4 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
*** 22:05
Xəbər verdiyimiz kimi, avqustun 3-də saat 18 radələrində Gədəbəy rayonunun Şahdağ kəndinin dağlıq ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın əldə etdiyi məlumata görə, qəzada hadisə yerində ölən 1973-cü il təvəllüdlü Asəf Tapdıqov müəllim olub. O, özəl kursların birində xarici dil müəllimi kimi çalışıb.
Qeyd edək ki, qəzada ölən digər şəxs 1991-ci il təvəllüdlü Azadə Məmmədovadır. Daha 4 nəfər isə yaralanıb.
Tural Əhmədov