Göygöldə yol qəzası olub, xəsarət alanlar var.
"Unikal"ın məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki hərəkətdə olan iki avtomobil toqquşub.
Qəzada 1994-cü il F.Həsənov, 2005-ci il təvəllüdlü E.Bayramov və 1990-ci il təvəllüdlü X.Bayramov xəsarət alıblar.
Yaralılar xəstəxanaya aparılıb.Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Tural Əhmədov