İsrail Baş naziri Benyamin Netanyahu Qəzzada saxlanılan israilli girovlara təcili ərzaq və tibbi yardım çatdırılmasını tələb edib.

"Unikal" xəbər verir ki, o bu fikirləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin İsraildəki nümayəndəsi Jülyen Larisonla görüşdə səsləndirib.  

“HƏMAS yardımın çatdırılmasına mane olmur. Əslində aclıq çəkənlər, fiziki və psixoloji işgəncələrə məruz qalanlar girovlardır”, – deyə Netanyahu bildirib.

O, dünyanı səssiz qalmamağa və beynəlxalq ictimaiyyəti bu məsələdə hərəkətə keçməyə çağırıb.