Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran rayonunun Dəvəçi kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yol kənarında 2 ha sahədə kol-kos və biçilmiş taxıl sahəsi yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

*** 22:56

Şabran rayonu Dəvəçi kəndi ərazisində biçilmiş əkin sahəsi və kolluq ərazidə yanğın baş verib.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, Hadisə yerinə FHN-nin canlı qüvvəsi və texnikası cəlb olunub. 

Araşdırma davam etdirilir. 

***22:31

Şabran rayonunda güclü yanğın baş verib.

"Unikal" xəbər verir ki, alov Bakı–Quba avtomagistralının yaxınlığında baş qaldırıb.

Asiman Qaraca