"Bayılın "Amfiteatr" adlandırılan ərazisində də sürüşmə olub. Ərazi riskli ərazi kimi konturlaşdırılıb. Orada relyefin mailliyi təxminən 40 dərəcəyə çatır. Həmin ərazidə - Buxta küçəsində yamac terrasvari kəsilərək evlər tikilib. Xatırlayırsınızsa, bu ilin yaz aylarında oradakı tikilən evlərin 43-nə təhlükə yaranmışdı. Bu gün də həmin evlərdən biri uçub. Orada iki evə daxil oldum, deformasiyalar müşahidə olunur".
Unikal.org xəbər verir ki, bunu keçirdiyi brifinqdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Ə.Qaralov bildirib ki, həmin evlərin sakinləri köçürülmə ilə bağlı qeydiyyata götürülüb: "Bu, bir neçə ay öncə olub. Orada küçə boyu gərginlik qalmaqdadır".