Bu ilin avqust ayının 6-da həbs edilən Ermənistanın sabiq baş naziri Ovik Abramyanın qardaşı Henrix Abramyan azadlığa çıxıb.
Unikal.org xəbər verir ki, İrəvan məhkəməsi Henrix Abramyanla bağlı qətimkan tədbirinin dəyişdirilməsi barədə qərar çıxarıb. Qeyd olunub ki, Henrix Abramyan 5 milyon dram məbləğində zaminə buraxılıb.
Xatırladaq ki, Henrix Abramyan müxtəlif çaplı odlu silahın qanunsuz saxlanılmasında ittiham edilib. Ararat vilayətinin Mxçyan kəndində yerləşən zavodda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları külli miqdarda silah aşkar ediblər: 3 əl qumbaraatanı, 7 AK74 avtomatı, 2 snayper tüfəngi, müxtəlif tipli 3 tüfəng, 2 tapança və müxtəlif çaplı patronlar.
Axtarış Xüsusi İstintaq Xidmətinin 1-2 mart 2008-ci il tarixində etiraz aksiyalarının dağıdılması ilə bağlı apardığı cinayət işi çərçivəsində həyata keçirilib.