Oktyabrın 18-də paytaxtın Yasamal rayonu ərazisində Yeni Yasamal yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Unikal.org-a "Azərsu ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məhdudiyyətlər magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədardır.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu ASC abonentlərdən üzr istəyir.