Qoç- günün ilk yarısı emosional zamandır.
Hisslərinizin əsiri olmayın, məntiqi unutmayın. Cari məsələlərin
həllində təxəyyülü işə salın. Yarımçıq işləri başa vurun.
Günün ikinci yarısında qrup və ya kollektiv şəkildə çalışmaq olar. Ümumi
məqsəd, eyni hədəf uğuru sürətləndirə bilər. Yaxın ətrafınızdakı
insanlara sayğı bəsləyin.
Axşam saatları romantik anlar vəd edəcək.
Buğa- özünüzdən bədgüman olmayın. Qüvvənizə,
iradənizə inansanız, daha yaxşı nəticələrə nail ola bilərsiniz, Biznesi
inkişaf etdirmək, daha yaxşı nəticələr əldə etmək üçün yaxşı zamandır.
İntizamlı olun. Öhdəlikləri və vədləri unutmayın.
Günün ikinci yarısında tərəfdaşlarla münasibətlərə xüsusi diqqət
yetirin. Dəyər verdiyiniz insanlarla əlaqələrinizi yeniləyin.
Mövqelərinizi gücləndirə bilərsiniz.
İşlərin daha yaxşı olması üçün məsləhətlərə qulaq asın.
Axşam saatlarnışəxsi münasibətlərə ayırın.
Əkizlər- yeni münasibətlərin yaxşı perspektivləri
olacaq. Gündəlik işdən usanmayın, rutin qayğılar sizdə narazılıq hissi
yaratmasın. İşdə həmkarlarla ünsiyyətdə anlaşılmazlıq yarana bilər.
Bunun səbəbi rəqabət və anlaşılmazlıqdır.
Günün ikinci yarısında hansısa məqamı araşdırmağa çalışaraq əlaqələri
daha da kəskinləşdirməyin. Öhdəlikləri vaxtında yerinə yetirin.
Sevdiyiniz insanın qayğısına qalın.
Axşam saatlarında normal istirahət edin.
Xərçəng- səhər saatlarından etibarən əhvalınız
yaxşı olacaq. Ruhdan düşməyin, qətiyyətli və iradəli olun. Nikbinlik
cari məsələlərin öhdəsindən daha sürətlə gəlməyə imkan verəcək.
Günün ikinci yarısında təcrübəli insanın məsləhət və göstərişlərindən
yararlanın. Belədə maraqlandığınız işdə sürətlə irəliləyəcəksiniz.
Diqqətli olun, xırda detalları nəzərdən qaçırmayın.
Yaxınlarınızla aranızdakı fikir ayrılıqlarını aradan qaldırın.
Şir- səhər saatlarından etibarən yaxınlarınızla
ünsiyyətdə etimad amilinə xüsusi diqqət yetirin. Soyuqqanlı və təmkinli
olsanız, cari fəaliyyətinizdə yaranacaq istənilən çətinliyi dəf edə
bilərsiniz.
Günün ikinci yarısında hadisələrin sürətli inkişafı sizdə müsbət
emosiyalarla yanaşı, mənfi hisslər də yarada bilər. Həmkarlarla,
tərəfdaşlarla münaqişə yaratmayın. İstənilən mübahisəli məsələni
konstruktiv həll etmək olar.
Axşam saatları durğunluqdan uzaq durun.
Qız- səhər saatlarından etibarən zəhmət çəkməyə,
intensivçalışmağa hazır olun. İşinizi sevirsinizsə, yaxşınəticələrə
nail olacaqsınız.
Gəlirlərin artması yaxşı stimul olacaq.
Günün ikinci yarısında işdə rəhbərlikdən tərif ala bilərsiniz. Karyera
müstəvisində irəliləyişlər barədə düşünün. Dəyər verdiyiniz insanla
laqeyd davranmasanız, o, sizə dəstək verəcək.
Axşam saatlarında normal istirahət üçün evdən çıxın.
Tərəzi- təmkinli, intizamlı, soyuqqanlı olun.
Tənbəllik etməyin. Çətinliklərin qarşısından geri çəkilməyin. Maneələri
dəf etmək üçün bütün vasitələrə əl atın. Əks təqdirdə əməyinizin
sonucları əhəmiyyətli olmayacaq.
Günün ikinci yarısında hətta çözüm yollarına yaxşı bələd olmadığınız
məsələnin həllində sürətli olun. Aktivlik günün şüarıdır. Axşam
saatlarında alış-verişə yollanmaq olar.
Özünüzə fikir verin.
Əqrəb- yaxın gələcəklə bağlı planlara dəyişikliklər
etmək zamanıdır. Fəaliyyətinizdə impulsiv olmayın, risklərə aldanmayın.
Vədlər və təklifləri diqqətlə dinləyəndən sonra qərar verin.
Günün ikinci yarısında kiçik çətinliklər və problemlər sizi ruhdan
salarsa, əmək fəaliyyətinizdə geriləmələr olacaq. Həmkardan,
tərəfdaşlardan məsləhət istəmək, yardım gözləmək olar.
Şəxsi münasibətlərdə təşəbbüskar olun. Rəğbət bəslədiyiniz adamla söhbətinizdə hisslərinizi gizlətməyin.
Oxatan- günün ilk yarısından etibarən aktiv
çalışsanız, məqsədlərinizə nail olacaqsınız. Maneələrlə yanaşı, daxili
sədləri dəf etmək üçün ətalətdən, passivlikdən uzaq durun. Hiss və
həyəcanlar sizi kursdan çıxara bilər. Yolunuza davam edin.
Günün ikinci yarısında köhnə dostlardan və ya tanışlardan birini görəcəksiniz.
Faydalı əlaqələri inkişaf etdirin. Mənasız münasibətləri başa vurun.
Oğlaq- gün ərzində planlarınızı dəyişməli, bəzi məramları təxirə salmalı olacaqsınız.
Yarımçıq qalmış işi inandığınız insanlarla əlbir şəkildə başa vurun.
Uzaqgörən, təmkinli, sayıq olun.
Günün ikinci yarısında bir qədər nevroz durum, gərginlik yaranacaq.
Təşəbbüslərlə tələsməyin. Problem yaranarsa, onu dərhal həll etməyə çalışın.
Dolça- problemli gündür. Müşkülləri ciddiləşməyə
qoymayın. Qətiyyət, əzm və iradəniz, habelə praktik davranışınız mühüm
işlərin öhdəsindən tezliklə gəlməyə imkan verəcək.
Günün ikinci yarısı ünsiyyət, qeyri-rəsmi təmaslar və işlə bağlı danışıqlar üçün əlverişlidir.
Aldığınız məsləhətləri düşünmədən rədd etməyin: onların arasında xeyirlisi var.
Xoş sürpriz, hədiyyə istisna deyil. Yaşam potensialı yüksəkdir.
Balıqlar- ön planda iş olmalıdır. Xırdalıqlar və
detallara diqqətli olun. Xaosu aradan qaldırın, aldığınız məlumat və
informasiyanı sistemləşdirin.
Pəhriz, orqanizmi yüngülləşdirmək, yüngül kosmetik prosedurlarda fayda var.
Ailə üzvləriniz və qohumlarınızla münasibətlərdə ciddi mövzu yarana bilər.
Qarşılıqlı anlaşmaya nail olmaq, yaşlılarla cavanların maraqlarını
uzlaşdırmaq çətindir. Ailənin yaşlı üzvləri ilə münasibətlərdə həssas və
şəfqətli olun.