Azərbaycan Kooperasiya Universitetində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Unikal.org xəbər verir ki, tədbir müstəqil Azərbaycanın dövlət himninin səslənməsi ilə açıq elan olunub. Giriş sözü ilə universitetin Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru Aygün Quliyeva Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasında baş verən proseslər barəsində geniş çıxış etdi. O, bildirdi ki, "Azərbaycan bu gün müstəqilliyinin bərpasının 27-ci ildönümünü qeyd edir. Xalqımız bu müstəqilliyi əldə etmək üçün tarixən çətin, çox böyük mübarizə aparmışdır. 1991-ci il oktyabrın 18-də müstəqlillik qəbul edilsə də Azərbaycan özünün əsl müstəqilliyini 

Ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycan siyasi müdriklik gətirdi. Məhz milli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Ulu öndər qarşıya çıxan bütün sərhədləri yardı və qısa vaxt ərzində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Bir sözlə, əgər müstəqillik Azərbaycan suveren dövlət kimi mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə Azərbaycanın müstəqilliyi əbədiliyi və dönməzliyi Ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin danılmaz faktıdır. Məhz dövlət müstəqilliyi Heydər Əliyev faktı yeni və qlobal dünyada ölkələrin yerini müəyyənləşdirdi. Azərbaycanın dünyaya. dünyanın Azərbaycana gərəklili olduğunu sübut etdi". Sonra Elmi işlər üzrə prorektor Bəyalı Ataşov, Tədris işləri üzrə prorektor Fikrət Quliyev, Mətbuat xidmətinin rəhbəri Tamerlan Əkbərov və digərləri çıxış edərək bildirdilər ki, "Ulu öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ümummilli liderin çoxşaxəli fəaliyyətinin nəticələrinə arxalanaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə nəzərəçarpan tərəqqi əldə edib. Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib. Azərbaycan özünün siyasi və iqtisadi qüdrəti, strateji mövqeyi, zəngin təbii ehtiyatlarından xarici siyasət prioritetlərinin təmin olunmasında məharətlə istifadə edir. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Dövlətimizin başçısının həyata keçirdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkə iqtisadiyyatı özünün inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə durur". Sonda Azərbaycanın Dövlət Müstəqilliyinə həsr olunmuş qısa film nümayiş olundu.