Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.

Unikal.org xəbər verir ki, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı oktyabrın 23-də Göyçay rayonunda vətəndaşları qəbul edəcək.

Qəbul Göyçay Rayon Heydər Əliyev Mərkəzində (ünvan: H.Əliyev prospekti, 68) saat 11:00-da keçiriləcək. Qəbulda Ucar, Zərdab, Kürdəmir və Göyçay rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

DQİDK-nın bölgə şöbə müdiri: Əzim Rəfiyev

Mob: (050) 470-68-00

Telefon: (02021) 3-05-78