Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs və Latviya yerli idarəetmə orqanlarının rəhbərləri Sumqayıta səfər edib.

Unikal.org xəbər verir ki, səfər çərçivəsində qonaqlar Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcovla görüşüblər.

Zakir Fərəcov qonaqlara Sumqayıtın tarixi, sosial-iqtisadi inkişafı, sənaye potensialı, şəhərdə son illərdə həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib.

Şəhər rəhbəri bildirib ki, Sumqayıtla dünyanın müxtəlif şəhərləri arasında qardaşlıq və tərəfdaşlıq münasibətləri mövcuddur və bu əlaqələr getdikcə inkişaf edir. Qardaşlaşmış şəhərlərlə birgə müxtəlif sahələrdə layihələr həyata keçirilir.

Səmimi qəbul üçün minnətdarlığını bildirən səfir Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs bildirib ki, görüşdə iştirak edək şəhər rəhbərləri Sumqayıt şəhəri ilə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın qurulmasında maraqlıdırlar.

İki ölkə arasında əlaqələrin inkişaf etdiyini vurğulayan səfir qeyd edib ki, Latviyanın paytaxtı Riqada "Azərbaycan Ticarət Evi açılıb və ilin sonunda Azərbaycanda Latviya Ticarət Evi fəaliyyətə başlayacaq. Bu istiqamətdə atılan addımlar iki ölkə arasında iqtisadi əlaqələringenişləndirilməsi işinə öz töhfəsini verəcək.

Latviya Yerli İcra Orqanları İttifaqının sədri Galts Kamiskisin Latviyada merlərin və bələdiyyələrin fəaliyyəti barədə ətraflı məlumat verib. G.Kamiskis şəhərlər arasında qarşılıqlı əlaqələrin qurulmasından və təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb.

Görüşdə iştirak edən digər şəhər bələdiyyələrinin sədrləri Sumqayıtda ilk dəfə olduqlarını və gördüklərindən heyran qaldıqlarını vurğulayıblar.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.