Siqaret çəkən ataların övlad və nəvələrinin İQ səviyyəsi və intellektual bacarıqları aşağı düşə bilər.
Unikal.org ölkə.az-a istinadən bildirir ki, bu barədə "PloS Biology" jurnalında elmi məqalə dərc edilib.
ABŞ-ın Florida universitetinin alimi Prapid Bxide məsələ ilə bağlı deyib:
"Bu gün siqaret çəkənlərin böyük əksəriyyəti kişilərdir. Bu isə bizim
kəşfin planet sakinlərinin sağlamlığını qorumaq üçün xüsusi edir. Əlavə
olaraq deyim ki, siqaret çəkmək anaların da, ataların da sağlamlığına
mənfi təsir edir".
Bioloqlar müəyyən ediblər ki, nikotin siqaret çəkən anaların yumurta
hüceyrələrində dəyişikliyə səbəb olur və bu anaların övladları
diqqətsizlik sindromu kimi fəsadlar üzə çıxır. Alimlər eyni təcrübəni
siqaret çəkən atalar üzərində də aparıblar.
Bunun üçün alimlər iki qrup erkək siçan üzərində tərcübə aparıblar. Birinci qrup adi su, ikinci qrup isə tərkibində nikotin olan su içib. Təcrübə 12 həftə davam edib. Sonra Bxide və qrup bu siçanları dişi siçanlarla cütləşdiriblər. Məlum olub ki, nikotinli su qəbul edən siçanlardan əmələ gələn siçanlarda intellekt inkişafının səviyyəsində ciddi fərqlər üzə çıxıb.