Hər nə qədər qadınlar tərəfindən kişilərin ilk görüşdə çox az nöqtəyə diqqət etdiyi düşünülsə də, əslində kişilər tərzdən qoxuya qədər bir çox nöqtəyə diqqət edir.
Unikal.org ilk görüşdə kişilərin daha çox nəyə diqqət etdikləri barədə məlumat verir:
Tərz - Xarici görünüş önəmli deyil deyənlərə aldanmayın. Bir kişini heyran buraxmaq üçün əvvəlcə özünüzə xas bir tərziniz olmalıdır. Tərzinizlə maraqlanmasını təmin etməlisiniz.
Saçlar - Saçlarınız hər zaman təmiz və baxımlı olmalıdır. Onun qarşısına saçlarınıza ən azından bir fenlə forma vermədən çıxım deməyin.
Makiyaj - Makiyajınızı sadə və təbii edin. Kişilər abartılı makiyajı sevmirlər.
Ətir - Yanına yaxınlaşdığınızda ətrinizdən təsirlənməsi gərəkdir. Gün bitib evə getdiyində belə qoxunuzu xatırlamalı, hiss etməlidir.
Hündürdaban ayaqqabı - Kişilərin qadınlarda ən cəlbedici hesab etdikləri şey hündürdaban ayaqqabılardır. Onu geydiyinizdə hər zaman dik durun və özgüvənli bir şəkildə yeriyin.