Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus "Nazmehr quru yük gəmisində zəhərlənənlər xəstəxanadan buraxılıblar.
Bunu Unikal.org-a Səhiyyə Nazirliyinin mətbuatxidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, ölən şəxslərin meyitləri isə aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, gəmidə zəhərlənən 3 İran vətəndaşı həkim gələnə qədər hadisə yerində dünyasını dəyişib. İlkin ehtimala görə, zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddə olub.