Türkiyənin Qaziantep şəhərində hərbi hissədən qaçan əsgər üzərindəki "G3 tüfəngi ilə alış-veriş mərkəzlərindən birində insanları girov götürüb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə yerinə çox sayda polis, təcili tibbi yardım və xilasetmə dəstəsi cəlb edilib. Havaya atəş açan əsgər yarım saat sonra təslim olmağa razılıq verib.Hadisəni törədən əsgər polislər tərəfindən saxlanılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki bilinmir.Faktla bağlı araşdırma aparılır.