"Kəpəz Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin sədri Elmir Vəliyev tutduğu vəzifədən istefa verib.
Unikal.org klubun rəsmi saytına istinadən xəbər verir ki, E.Vəliyev qərarını işlərinin çoxluğu ilə əlaqələndirib. Onun yerinə hələlik heç bir təyinat yoxdur.
Xatırladaq ki, Elmir Vəliyev 2015-ci ilin may ayından "Kəpəz PFK İctimai Birliyinin İdarə Heyətinin sədri idi. O, Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəliyevin oğludur.