Azərbaycan Turizm və Menecment Universitetinin "AATP BA Cohort 2016" qrupunda oxuyan tələbələr Azərbaycan-Avstriya Proqramı (AATP) üzrə tədris edilən Tədbirlərin təşkili və idarəçiliyi fənninin dinləyiciləri olublar. 

Unikal.org xəbər verir ki, tələbə-müəllim mübadiləsi çərçivəsində ATMU-ya ezam olunan Avstriyanın İMC Krems Tədbiqi Elmlər Universitetinin müəllimi xanım professor Elisabeth Hansa "Tədbirlərin Təşkili və İdarəçiliyi fənninin növbəti hissəsini Bakı Kongres Mərkəzində tədris edib. Bakı Kongres Mərkəzində Lalə Adıgözəlova,"Fairmont Baku" otelindəNikolaos Tsitsoulis, Aytən Bağırova və Fəridə İsmayılova, "Boulevard Hotel Baku" otelində isə Fəridə Osmanova adıçəkilən fənnin yüksək səviyyədə tədrisinə xüsusi qayğı göstəriblər. 

Tələbələr tədbir zallarında fənnə dair aldıqları faydalı məlumatlardan qrup işlərində səmərəli istifadə ediblər.