Bakının Suraxanı rayonunda oğurluq hadisəsi baş verib.

Unikal.org Teleqraf.com-a istinadən xəbər verir ki, rayon ərazisində 2 həyətyanı sahədən ümumilikdə 6 baş qoyun, həmçinin evlərin birindən su mühhəriki və su qızdırıcısı oğurlanıb.

31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Qulamov saxlanılıb.