Tovuz şəhərində 4 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində"Mercedes", "Opel", "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alanlar var.

Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.