Salyan rayonunun Boranıkənd kəndində bıçaqlanma hadisəsi baş verib.

Unikal.org "Reporta istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü yerli sakin Zülfüqarov Röyal Ağasəf oğlu 1990-ci il təvəllüdlü həmkəndlisi Əhmədov Elsevər Razim oğlunu aralarında düşən mübahisə zəminində bıçaqlayıb.

Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılaraq əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Rusiyada azərbaycanlı atasını təhqir edən həmyerlisini bıçaqlayıb.