Yevlax şəhərində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, "VAZ" markalı avtomobilin şəhərin mərkəzi küçələrindən birində idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində 1991-ci il təvəllüdlü Mehman Kərimov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.