Azərbaycanlı gənc Türkiyədə intihara cəhd edib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Konyada 42 mərtəbəli plazanın ən hündür mərtəbəsində yerləşən restoranından özünü atdığı deyilən 23 yaşlı Tehran.A alış-veriş mərkəzinin damına düşüb. Ağır yaralanan gəncin müalicəsi davam edir.

Hadisə dünən 13:30 radələrində bölgənin ən hündür binasında baş verib. Xilasetmə qrupları, damın üzərinə düşən və hərəkət etməkdə çətinlik çəkən gənci qurtarmaq üçün tavanı qırıb.

Polis, üzərindən heç bir kimliyini müəyyən edən vəsiqə çıxmayan gəncin şəxsiyyətini müəyyənləşdirmək üçün mobil telefonundan yaxınları və dostlarına zəng edib. Reanimasiya şöbəsində müalicəsi davam etdirilən Tehran A. 'nın həyati təhlükəsinin olduğu bildirilib.

Polis hadis ilə bağlı istintaqı davam etdirir.