Mİngəçevir şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, oktyabrın 28-də saat 11 radələrində Mingəçevir şəhəri ərazisində şəhər sakini Mübariz Atayev idarə etdiyi "JAC markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən həmyerlisi Saat Mikayılovu vurub. Xəstəxanaya yerləşdirilən S.Mikayılov orada ölüb.

Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.