Bakının Qaradağ rayonunda su olmayacaq.

"Azərsu ASC-dən Unikal.org-a verilən məlumata görə, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 31 oktyabr 2018-ci il tarixində gün ərzində Qaradağ rayonunun bir hissəsinə (Səngəçal, Ümid, Sahil, Puta, Korgöz və Lökbatan qəsəbələrinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu ASC abonentlərdən üzr istəyir.