Ganalı din adamı Mallam Abbas Mahmud inanılmaz açıqlamalar verib.
Unikal.org "İndependent" qəzetinə istinadən xəbər verir ki, o açıqlamasında eynicinsli insanların cinsi əlaqəyə girməyinin zəlzələyə səbəb olduğunu söyləyib.
"Kişilər bir-biri ilə cinsi əlaqəyə girən zaman Allah hirslənir və bu ürək bulandırıcı birləşmə zəlzələlərə səbəb olur" deyən Mahmud, Allahın qədim şəhərlər Sodom və Qomoreni də bu səbəbdən yerlə bir etdiyini bildirib.
İngilis Independent qəzetinin xəbərinə görə; Mahmudun bu açıqlamaları paytaxt Axara ilə Kumasi şəhərinin homoseksuallara əleyhinə düşmənçiliyin artdığı ibir vaxtda verilib.