Komanda-qərargah hərb oyunlarının planına uyğun olaraq şərti düşmənin silahlı hücumunun dəf edilməsi məqsədilə Əlahiddə Ümumqoşun Ordunun motoatıcı və döyüş təminatı bölmələri praktiki fəaliyyət göstərib.
Müdafiə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, yaradılmış tabor taktiki qrupları raket-artilleriya, aviasiya və hava hücumundan müdafiə bölmələri ilə qarşılıqlı əlaqədə şərti düşmənə əks-zərbə endiriblər.
Əməliyyatların aparılması zamanı müasir texnoloji vasitələrdən istifadə edilməklə qərargahlar arasında məlumatlar mübadiləsi tam həcmdə həyata keçirilib.