Sumqayıt şəhərində 1 yaş 7 aylıq körpənin üzərinə qaynar su dağılıb.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə 3-cü mikrorayon ərazisində baş verib.
2017-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Rəhimova Məlahət Kamran qızı yaşadığı 3-cü mk, ev 18/33a, mənzil 21-də qaynar sudan yanıb. Onun üzərinə içi dolu çaydan dağılıb.
Azyaşlı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Körpə vəziyyəti hazırda qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.