Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda yaşayan 1947-ci il təvəllüdlü ağırçəkili qadının xəstəxanaya çatdırılmasına kömək məqsədi ilə müraciət daxil olub.
Unikal.org FHN-ə istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.
Xilasedicilərin köməkliyi ilə xəstə 3-cü mərtəbədəki mənzildən aşağı düşürülüb, təcili və təxirəsalınmaz tibbi yardım avtomobilinə mindirilərək xəstəxanaya yola salınıb. Əməliyyat başa çatıb.