Balakən rayonunun Poçtbinə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Unikal.org-a verilən məlumata görə, noyabrın 21-də saat 1 radələrində Balakən rayonunun Poçtbinə kəndi ərazisində Bakı şəhər sakini Ülvi Əliyev idarə etdiyi "Nissan markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub və zərbədən avtomobil aşıb.
Sürücü hadisə yerində ölüb.