Şərq dünyası ABŞ-a qarşı
13:05 14-09-2012
İQTİSADİYYAT
Şərq dünyası ABŞ-a qarşı
Amerika açıq şəkildə hədəfə alındı
ABŞ gözlənilmədən Şərqi Afrikada inqilablar baş verən ölkələrdə az qala persona nonkrat elan olmaq üzrədir. Hadisələrin son durumu ilə bağlı məlumatları nəzərinizə çatdırmamışdan öncə bir məqama xüsusi diqqət yetirək. Nədən məhz ABŞ hədəfə gəldi? Ekspertlər bunun bir neçə səsəbini açıq şəkildə bəyan edirlər. Bunlar açşağıdakılardır.
1. Çeviriliş edilən ölkələrdə əslində cəmiyyət bu dəyişikliyə hazır deyildi və bu ABŞ-in idxal etdiyi bir inqilablar oldu və sözsüz ki, bu gün ABŞ hədəfə gəlir.
2. Çevriliş olan ölkələrdə islamçılar hakimiyyəti ələ götürür və bilinir ki, ABŞ gec-tez bunlara etirazını edəcək və bu səbəbdən ABŞ-in özünə qarşı kompaniyalar başlayır.
3. Bu bölgələrdə İranın ciddi təsiri var və İran narazı qüvvələri artıq bir araya toplaya bilir.
4. İsrail ABŞ-in bölgədə təsirini artırmaq və ABŞ-İran münasibətlərini gərginləşdirmək üçün ABŞ-i məqsədli şəkildə hədəfə gətirir və bu yolla çalışır ki, ABŞ bölgədə hərbi imkanlarını genişləndirsin. Artıq buda aydın olub ki, bu gərginliyin yaranmasında bir başa İsrail iştirak edib. İndi isə gəlin hadisələrin son gedişatına diqqəti yetirək.
Misirdə "Müsəlmanların günahsızlığı" filminə etiraz edən nümayişçilər ikinci dəfə Misirin paytaxtı Qahirədəki ABŞ səfirliyinə hücum ediblər. Polis gözyaşardıcı qaz və xəbərdarlıq atəşləri ilə nümayişçilərin qarşısını ala bilib.
Daha sonra etirazçılar səfirliyin binasını daşa basıblar. Aksiya zamanı bir avtomobil də yandırılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçiləri Təhrir meydanınadək qova biliblər. Hadisə nəticəsində 10 nəfərdən artıq insan xəsarət alıb.
Xatırladaq ki, Liviyanın Benqazi şəhərində "Müsəlmanların günahsızlığı" filminə etiraz olaraq keçirilən aksiya zamanı ABŞ-ın bu ölkədəki səfiri və daha 3 diplomat qətlə yetirilib. Artıq etirazlar digər müsəlman ölkələrinə də yayılmaqdadır.
Fələstinin Qəzza bölgəsində də baş tutan aksiyaya 5 yüzə yaxın fəal qatılıb. Aksiya iştrakçıları Amerikaya qarşı ölüm şuarları səsləndirblər və ABŞ bayrağını yandırıblar.
Tunis polisi isə bu ölkədəki ABŞ səfirliyi yaxınlığında keçirilən aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan və
ABŞ hökuməti isə Liviyada səfir Kristofer Stivensin ölümü ilə nəticələnmiş hücumdan sonra Benqazidəki konsulluğun əməkdaşlarını bu ölkədən çıxarıblar. Konsulluq əməkdaşları Almaniyaya köçürülüblər. Həmçinin paytaxt Tripolidəki səfirliyin əməkdaşlarının sayı da azaldılıb.
Artıq ABŞ təhqiqata başlayıb. Liviya Daxili İşlər Nazirliyi konsulluğa hücumun "Ensaruş Şeria" adlı radikal dini qrup tərəfindən həyata keçirildiyini açıqlasa da, ABŞ 11 sentyabr olaylarının ildönümündə həyata keçirilən bu hücumda "Əl-Qaidə" terror təşkilatının əli olduğundan şübhələnir.
Başqa məlumatda isə deyilirdi ki, ABŞ 2 hərbi gəmisini Liviya sahillərinə göndərib. Bu barədə Fox News məlumat verib. Müvafiq qərar Benqazidə ABŞ səfirinin öldürülməsindən sonra qəbul edilib. Həmçinin Liviyaya 50 ABŞ dəniz piyadası da göndərilib.
Fox News-un məlumatına görə, McFaul və Laboon eskadra mina gəmilərinin heyəti istənilən əmri yerinə yetirməyə hazırdırlar. Gəmilər Tomahawk raketləri ilə təchiz olunublar.
Bu arada isə Məhəmməd Peyğəmbəri təhqir edən və geniş etiraza səbəb olan "Müsəlmanların məsumluğu" adlı filmin rejisoru Sam Basil filmin cəmiyyətdə siyasi qarşıdurma yaratmaq məqsədi ilə çəkildiyini etiraf edib. Türkiyə KİV-nin verdiyi məlumata görə, İsrail əsilli Amerika vətəndaşı Basil Amerikanın "Wall Street Journal" qəzetinə verdiy açıqlamsında deyib: "İslam xərçəng, müsəlmanlar isə məhv edilməli həşaratlardır. Bu film ilə İslamın nifrətlə dolu olan bir din olduğunu göstərəcəyəm. Bu film üçün 100 israilli könüllüdən 5 milyon dollar almışam və filmi İsrail üçün çəkmişəm"
Sam Basil ABŞ-ın Florida ştatında Quranı yandıran rahib Terri Conesdən də dəstək aldığını bildirib.
Məlum olub ki, ABŞ Qərargah rəislərinin Birləşmiş Komitəsinin rəhbəri general Martin Dempsi qalmaqallı pastor Terri Consla telefonla danışıb və onu filmi dəstəkləməməyə çağırıb. Bəzi məlumatlara görə, müsəlmanların hiddətinə əvvəllər Quran nüsxəsini yandıran Terri Consun çıxışı səbəb olub.
ABŞ prezidentliyinə namizəd Mitt Romni isə hazırkı prezident Barak Obamanı baş verən hadisələrə yumşaq münasibətdə ittiham edib. O, Misirdəki ABŞ səfirliyinin filmə görə müsəlmanlardan üzr istəməsini xüsusilə pisləyib. Demokratlar və bəzi respublikaçılar isə milli matəm günlərində Mitt Romninin davranışlarını tənqid ediblər.
Liviyada ABŞ səfirinin öldürülməsi ilə nəticələnən zorakılığa görə cavabdeh olanlar mütləq tapılmalı və məsuliyyətə cəlb edilməlidir. Bu cür bəyanatla isə Ağ Ev rəsmiləri çıxış edib. "Birləşmiş Ştatlar bu hücumu şiddətlə qınayır. Mən diplomatlarımızın qoruması üçün Liviya hökuməti ilə əlaqə yaratmışam. Həmçinin, bütün ABŞ səfirliklərinin təhlükəsizlikyinin qorunması üçün əmr vermişəm. Səfirimizə hücum edən mütləq ədalət qarşısında cavab verəcək. Amerikanın əsası qoyulandan indiyə kimi bütün əqidə və etiqad növlərinə hörmətlə yanaşıb. Başqalarının dininə qarşı heç vaxt küfrlə danışmamışıq. Bu cür mənasız cinayətin törədilməsinə heç cür haqq qazandırmaq olmaz. Dünya ictimaiyyəti bu kobud hərəkəti həmrəyliklə qınamalıdır", - deyə Barak
Obama növbəti dəfə baş verənlərlə bağlı fikrini bildirərkən deyib.
"Bu hücum yəqin ki, bütün dünyada insanların vicdanına təsir edib. Biz bunu qınayırıq və ölənlərin ailələrinə baş sağlığı veririk. Bu gün özümə belə bir sual verdim. Demokratiya əldə etməsi üçün dəstək olduğumuz bir ölkədə bu hadisələr necə baş verə bilər? Bu dünyanın necə mürəkkəb və qarışıq bir yer olduğunu göstərən hadisədir. Biz sayıqlığı itirməməliyik. Ən azından bu Lviya xalqı tərəfindən deyil, kiçik dəstə qrup zorakı insanlar tərəfindən törədilən bir hadisədir. Bu hadisə dostluğumuz zərər verməyəcək. Azad və stabil Liviya Amerikanın hələ də marağındadır. Biz bu ölkəyə arxamızı dönməyəcəyik. Lakin cinayətkarlar tapılıb cəzalandırılmayanadək də sakit oturmayacağıq", - deyə ABŞ Dövlət katibi Hillari Klinton qeyd edib.
Fransanın xarici işlər naziri Loran Fabiüs da belə bir zorakılığın yolverilməz olduğunu qeyd edib.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00