Ermənistan işğal etdiyi Azərbaycan ərazilərinə erməniləri köçürməyə davam edir.
Unikal.org xəbər verir ki, Azərbaycan torpaqlarına köçürülən ermənilər ciddi problemlərlə üzləşirlər.
Problemlərlə üzləşən erməni ailəsindən biri də Arzakanyan ailəsidir. Bu ailə İrəvandan Qarabağa köçürülmə proqramı çərçivəsində 2007-ci ildə işğal olunmuş ərazilərə göndərilib. Ailə ata-ana və iki oğuldan ibarətdir.
"Epress saytı yazır ki, proqram çərçivəsində ailəyə 3 otaqlı mənzil verilib. Müqavilədə bildirilir ki, evi özəlləşdirmək üçün ailə üzvlərindən biri ən azı orada 10 il yaşamalıdır. Lakin 2017-ci ildə 10 il tamam olanda evi Arzakanyan ailəsindən alaraq başqa ailəyə vermək istəyiblər. Onlar məhkəməyə müraciət etsələr də, şikayətləri rədd olunub. Əsas gətirilib ki, ailə müqaviləni pozaraq 10 il müddətində 3 ay həmin evdə yaşamayıblar.
Ana Elvira Arzakanyan danışır ki, Qarabağda yaşamaq dəhşətlidir.
"Bir yataqxanada 8 ailə yaşayır. Bizi Qarabağa aparanda müsbət vədlər verirdilər. Danışırdılar ki, sizin yaşamağa eviniz, işiniz və kənd təsərrüfatı ilə məşğul olmağa imkanınız olacaq. Lakin əksi oldu. Bizim ailədə üç nəfər müəllim işləyir. Məktəbdə dərs saatlarını azaltdılar, yeni müəllimlər gətirdilər və onlara yeni ev tikmədilər, əvəzində yataqxanada məskunlaşdırdılar. Bu, yaşamaq deyil, mağaza, nəqliyyat yoxdur. Sənə verilən evi əlindən almaq üçün bir zəng yetərlidir. Sadəcə dəhşətdir, - deyə erməni qadın bildirib.(publika.az)